Azərbaycanda hərbi təlimlər başlayıb

Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən Raket və Artilleriya qoşunlarının təlimləri başlayıb.
 
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir. Təlimlərdə Rusiyadan alınaraq Azərbaycana gətirilən və qoşunların silahlanmasına yeni daxil olan «Msta S» özüyeriyən haubitsalardan istifadə edilir.
 
«Səhra şəraitində keçirilən təlimlərdə yüksək dağıdıcı qüvvəyə malik artilleriya sistemlərinin döyüş atışı vəziyyətinə gətirilməsi, digər qoşun növləri ilə uzlaşmada effektiv tətbiqi və hərbi elementlərin praktiki icrası təkmilləşdirilir. Müxtəlif məsafələrdə yerləşən tək və cəm halında olan şərti hədəflərin pilotsuz uçuş aparatı vasitəsilə aşkarlanması, koordinatların təyin olunaraq məhv edilməsi üzrə tapşırıqlar da yerinə yetirilir» - nazirliyin məlumatında qeyd edilir.

Google+ WhatsApp ok.ru