Azərbaycan MN: Erməni tərəfi cəbhədə vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirir

Azərbaycan MN: Erməni tərəfi cəbhədə vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirir

Noyabrın 2-nə keçən gecə erməni silahlı bölmələri cəbhənin şimal-qərb istiqamətində yerləşən bölmələrimizin mövqelərini 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan yenə də intensiv atəşə tutub.
 
Maide.Az bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, cavab tədbirləri nəticəsində düşmən susdurulub: “Bildiririk ki, qoşunların təmas xəttində vəziyyətin məqsədyönlü şəkildə gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür”.
 

Google+ WhatsApp ok.ru