Azərbaycanda peşə təhsili 7-ci sinifdən başlayacaq

Azərbaycanda peşə təhsili 7-ci sinifdən başlayacaq

Azərbaycanda peşəyönümü işinin aparılmasına orta məktəblərin daha aşağı siniflərindən (azı 7-ci sinifdən) başlanılacaq.
 
Bu, ölkə prezidentinin “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 13 iyul 2016-cı il tarixli sərəncamının həyata keçirilməsinə dair ötən gün təsdiq edilmiş Tədbirlər Planında öz əskini tapıb
 
Plana əsasən, 2017-2018-ci illərdə gənclərin peşə seçiminə kömək məqsədi ilə ümumi təhsil müəssisələrində peşəyönümü işinin təkmilləşdirilməsi, peşəyönümü işinin aparılmasına orta məktəblərin daha aşağı siniflərindən (azı 7-ci sinifdən) başlanmasının dəstəklənməsi, bu sahədə potensialın gücləndirilməsi, peşəyönümü üzrə (peşələr haqqında) məlumatların çeşidinin artırılması, bu məlumatların çatdırılma vasitələrinin inkişaf etdirilməsi, innovativ üsulların tətbiqi nəzərdə tutulur.
 
Qeyd olunan məsələnin icrası Təhsil Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb. /
 

Google+ WhatsApp ok.ru