Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başlayıb 17 Sentyabr 2018 01:00 Qarabağ xəbərləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə sentyabrın 17-dən Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb. Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Sentyabrın 22-dək davam edəcək təlimlərə 20 mindən artıq şəxsi heyət, 200-dən çox tank və digər zirehli texnika, 120-dən çox müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 10-dək qırıcı və bombardmançı, 20-dək müxtəlif təyinatlı ordu aviasiyası cəlb edilib. Teqlər : #Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başlayıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan XİN: Ermənistan rəhbərliyi hərbi təxribatlara əl ataraq, odla oynamaqda davam edir XİN: Ermənistanın siyasəti nəticəsində danışıqlar prosesi təhlükə altındadır
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni