Ağdamın işğalından 24 il keçir 23 İyul 2017 01:00 Qarabağ xəbərləri Bu gün Azərbaycanın Ağdam rayonunun işğalından 24 il keçir. Maide.Az xəbər verir ki, 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam rayonu ərazisinin böyük hissəsi işğal olunub. Ərazisi 1094 kv.km olan Ağdamın 882 kv.km-i, bir şəhər və 80 kəndi işğal olunub. İşğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşayır. Onların 17 mini yaşlı nəslin nümayəndəsidir. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Ağdam rayonunun işğalı nəticəsində 6 milyard 179 milyon dollar məbləğində ziyan dəyib. Təkcə kənd təsərrüfatı sahəsinə dəyən ziyan 992,8 milyon manat dəyərindədir. Ağdam uğrunda gedən döyüş zamanı 6 mindən çox insan şəhid olub. Teqlər : #Ağdamın işğalından 24 il keçir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Düşmən atəşkəs rejimini 132 dəfə pozub Düşmən atəşkəs rejimini 155 dəfə pozub
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni