Bəhreyn rejimi seçkilərdə beynəlxalq müşahidəçilərin nəzarətinin olmaycağını elan edib

Bəhreyn rejimi ilə müxalif olanların parlament seçkilərini boykot etmələrinə baxmayaraq, bu ölkənin informasiya naziri seçkilərə beynəlxalq müşahidəçilərin nəzarətinin olmayacağını deyib.
Maide.az-ın Beynəlxalq KİV-lərə istinadən məlumatına görə, bu ölkənin informasiya naziri Səmira İbrahim bin Rəcəb iddia edib ki, cari ilin noyabr ayının sonlarında keçiriləcək parlament seçkiləri tam şəffaf keçirildiyi üçün  beynəlxalq nəzarətə ehtiyac yoxdur.
Məlumata əsasən,  Bəhreyn rejimi ilə müxalif olanlar bir müddət öncə bəyanat yayaraq, seçkiləri qeyri-qanuni adlandırıb və onu boykot ediblər. Bəyanatda eyni zamanda ölkədə demokratik quruluşun formalaşması istiqamətində referendumun keçirilməsi və referenduma xalq nəzarətinin təmin edilməsinin zəruriliyi vurğulanıb. /

Google+ WhatsApp ok.ru