Bəhreyn rejimi Əl-Vifaq Cəmiyyətinin fəaliyyətini ölkədə qadağan etdi

Məhkəmə bu gün Bəhreyn rejiminə  ən böyük müxalif qüvvələrdən olan  Əl-Vifaq Cəmiyyətinin fəaliyyətini bu ölkədə qadağan etdi. 
 
Maide.az-ın Beynəlxalq KİV-lərə istinadən məlumatına görə,  Bəhreynli vəkil Abdullah Əş-Şəmlavi deyib ki, məhkəmənin qərarına əsasən Əl-Vifaq Cəmiyyətinin Bəhreyndə bütün fəaliyyətləri 3 ay müddətinə qadağan olunub. 
 
Əl-Vifaq Cəmiyyətinin baş katibi Şeyx Əli Salman Bəhreyn rejim məhkəməsinin bu qərarını siyasi məqsədlərlə verildiyini deyib.  "Məhkəmənin Əl-Vifaq Cəmiyyəti ilə bağlı çıxardığı qərar bu cəmiyyətə qarşı siyasi düşmənçiliyin göstəricisidir.  Dövlət demokratiya və azadlıq səsini boğmaq üçün bu cür düşmənçiliklər etməyə adət edib."
 
Ə.Salman deyib ki, bu qərar heç bir çərçivəyə sığmır və Əl-Vifaq Cəmiyyəti Bəhreyn xalqının istəyi əsasında öz demokratik dəyişikliklər istəyində geri çəkilməyəcək. "Biz dinc yolla  bərabərlik və ölkənin inkişafı üçün ictimai ədalətin tətbiq olunması  tələb edirik.
 
Bəhreynin Əl-Vifaq Cəmiyyəti Bəhreynin ən böyük müxalifətçi Şiə cəmiyyətidir.   Əl-Vifaq Cəmiyyəti 2002-ci ildən etibarən xalq kütləsinin istəyi və maddi dəstəyi ilə yaradılmış və elə həmin zamandan da rəsmi fəaliyyətinə başlamışdır.Əl-Vifaq Cəmiyyəti Bəhreyndə keçirilən bələdiyyə və parlament seçkilərini baykot etdi və onu ədalətsiz seçki adlandırdı. Seçkilər noyabrın 22-də keçirilib. Əl-Vifaq Cəmiyyətindən başqa Bəhreynin digər müxalif qüvvələri də bu seçkiləri baykot etmişdi. /
 

Google+ WhatsApp ok.ru