Bəhreyn rejiminə xəbərdarlıq edildi

Ayətullah Siddiqi Tehrandakı cümə xütbəsində Bəhreyn və Yəməndəki xalq hərəkatları və inqilab prosesinə toxunub.
 
Maide.az xəbər verir ki, Bəhreyndə Əl-Vifaq Cəmiyyəti Baş katibi Şeyx Əli Salman və digər liderlərlə siyasi müxaliflərin hələ də həbsdə saxlanılmalarını tənqid edən Siddiqi, Bəhreyn xalqının öz idarəçiliyində söz sahibi olmaq istədiyini bildirib.
 
"Bir xalqın öz taleyini özünün müəyyən etmək istəməsinə veriləcək cavab həbs və öldürmək olmaz", - deyən Siddiqi, Xəlifə rejimini bu barədə xəbərdar etdiklərini söyləyib.
 
Şiddət və zülmün həmişə belə davam etməyəcəyini bildirən Siddiqi, Xəlifə rejiminə xitabən, "Zülmünüz artdıqca ömrünüz də bir o qədər qısa olacaq" ifadəsini işlədib.
 
Yəməndəki prosesləri də xalq inqilabı kimi qiymətləndirən Siddiqi, bəzi zalım qüvvələr ilə region ölkələrinin Yəmən xalqının səhnədə yerini almasından narahat olduqlarını bildirib.
 
Xarici qüvvələrin və tərəfdaşlarının əli ilə Yəməndə siyasi hiylələr törədildiyinə diqqəti çəkən Siddiqi, Yəmən inqilabının qarşısını almağın mümkün olmayacağını vurğulayıb.
 
Ayətullah Siddiqi, "Yəmən xalqı müstəqillik üçün öz iradəsi əsasında hökumət təşkil etmək istəyir", -deyib.

Google+ WhatsApp ok.ru