Cənubi Yəmən Hərəkatı xalqı qəzəb aksiyasına çağırdı

Cənubi Yəmən Hərəkatı istefa verən prezident Mansur Hadinin Ədəni paytaxt halına gətirməsinə reaksiya olaraq cənub şəhərlərini 4 gün davam edəcək qəzəb aksiyalarına çağırıb.
 
Maide.az xəbər verir ki, Yəmən Hərəkatı Sanadan Ədənə qaçdıqdan sonra prezidentlikdən istefasını geri alan Mənsur Hadini rəhbərliyi işğal etməklə günahlandırdı.
 
Cənubi Yəmən Hərəkatının Ədən və digər cənub rayonlarında 4 gün "qəzəb aksiyaları" keçirilməsi çağırışı etdiyini bildirən "əl-Cəzirə" televiziyası, Cənubi Yəmən Hərəkatına aid silahlı qruplarla Yəmən ordusu arasında Lahic şəhərində toqquşmalar baş verdiyini bildirib.
 
Cənubi Yəmən Hərəkatı tərəfdarları ordudan Lahic şəhərini tərk etməsini istəyib.
 
Cənubi Yəmən Hərəkatına bağlı İnqilab Komitələri isə Körfəz Əməkdaşlıq Təşkilatının Baş katibi Əbdüllətif Zayaniyə məktub göndərərək Cənubi Yəmənin mərkəzi olan Ədənin paytaxt halına gətirilməsinə qarşı olduqlarını deyiblər.
 
Digər tərəfdən Mansur Hadinin Ədənə gedib istefasını geri götürdüyünü açıqlamasından sonra Körfəz Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Husilərin nəzarəti altındakı Sanadakı səfirliklərini Ədənə daşıdığı bildirilib.
 
"Əl-Ərəbiiə" televiziyası Səudiyyə Ərəbistanı səfirinin Ədən şəhərində vəzifəyə başladığını deyib.

Google+ WhatsApp ok.ru