Bəhreyndə muzdlu əsgərlər ifşa edilib

Küveytdə bir deputat Bəhreyn rəhbərliyinin xarici muzdlu əsgərlərdən istifadə ilə bağlı məlumatları ifşa edib.
 
Maide.az xəbər verir ki, Bəhreynin "Miratul Bəhreyn" internet saytının bildirdiyinə görə, Küveyt deputatı Əbdül- Həmid Dəşti Ali Xəlifə rejiminin Pakistan və İordaniyadan olan muzdlu əsgərlərlə bağlı ifşaedici məlumat yayımlayıb.  O, insan haqları təşkilatlarının Bəhreyndə həbsxana rəsmiləri və nəzarətçilərinə pul verərək həbsxana daxilindəki vəziyyət və insan haqları məsələsindən xəbərdar olduqlarını, bu nəzarətçilərdən bəzilərinin pakistanlı kirayə tutulmuş şəxslər olduqlarını bildirib: "Onlar aldıqları pulun yalnız Pakistan pul vahidi rupi olmasını istəyirlər və bu pulları birbaşa öz ölkələrinə göndərirlər. Muzdlu adamlardan bəziləri isə İordaniyadandır." 
 
Küveyt Məclisi İnsan Haqları Komissiyasının sədri Əbdül- Həmid Dəşti Bəhreyn inqilabı və məzlum xalqını müdafiə etdiyi üçün Bəhreyn rəhbərliyi tərəfindən haqqında cinayət işi açılıb.

Google+ WhatsApp ok.ru