İŞİD-ə qarılmaq istəyən 3 britaniyalı Türkiyədə həbs edildi

İngiltərə vətəndaşı olan üç gənc Türkiyə üzərindən İŞİD-ə qoşulmaq üçün Suriyaya getmək istəyərkən İstanbulda həbs edilib.
 
Maide.az xəbər verir ki, yaşları 17-19 arasında olan üç Böyük Britaniya vətəndaşı gənc cümə günü yaxalanıb. 
 
London polisi 17 yaşında olan iki gənc barədə cümə günü itkin düşdüyünü və Suriyaya getmələrindən şübhələnildiyini açıqlayıb. Bu iki gəncin 19 yaşlı başqa biri ilə olduqları da məlumatlar arasında imiş.
 
İngiltərədən olan üç gənclə bağlı Türkiyə səlahiyyətliləri hərəkətə keçiblər. Şəxsiyyətləri açıqlanmayan britaniyalı gənclər indi İstanbulda nəzarətində saxlanılır. 

Google+ WhatsApp ok.ru