Bəhreyndə xalqa təzyiq artır

Bəhreyn insan haqları təşkilatları ölkəni idarə edən Ali Xəlifə rejiminin mürtəce fəaliyyətlərini davam etdirdiyini bildirir.
 
Maide.az xəbər verir ki, Bəhreyn İnsan Haqları Cəmiyyəti mart ayının ikinci həftəsində 39 müxalif və aktivistin rejimə sadiq təhlükəsizlik qüvvələri tərəfindən həbs olunduğunu açıqlayıb.
 
Təşkilatın verdiyi məlumatlara görə, həbs olunanlar arasında bir uşaq və bir nəfər qadın var və bu müddət ərzində təhlükəsizlik qüvvələri 48 evə basqın ediblər.
 
İnsan hüquqları sahəsində fəaliyyət göstərən bu təşkilatının verdiyi məlumata görə, Bəhreyn təhlükəsizlik qüvvələrinin təzyiqləri və zülmü həbsxanalarda da davam edir.

Google+ WhatsApp ok.ru