Vərəm Avropa və Orta Asiyada tüğyan edir 18 Mart 2015 02:00 Dünya Avropa və Orta Asiyada gündə min nəfər vərəmə yoluxur. Ümumdünya Səhiyyə Təşkilatı və Avropa Xəstəliklərin Qarşısının alınması və Nəzarət Mərkəzi martın 17-də yeni hesabat yayıb. Sənəddə deyilir ki, ağ ciyərin bu infeksion xəstəliyi bu regionda ən çox yayılsa da, 2012-2013-cü illərdə 5.6 faiz azalıb. 2013-cü ildə 360 min vərəmlə yoluxma halı qeydə alınıb ki, bunun da 85 faizi 18 “yüksək prioritet” ölkəsində baş verib. Rusiya və 11 keçmiş sovet respublikası bu ölkələr sırasındadır. Xəstəlikdən 38 mindən çox ölüm halı keçmiş kommunist blokunda baş verib. Hesabatda deyilir ki, xəstəliyə qarşı işlər elə də sürətlə getmir, üstəlik vərəmin dərmana müqaviməti də artıb. Yəni bu region 2050-ci ilədək bu xəstəliyin öhdəsindən çətin gələ. Teqlər : #Vərəm Avropa və Orta Asiyada tüğyan edir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Başqırdıstanda qadın təkbaşına məscid inşa edib - FOTO Bəhreyndə xalqa təzyiq artır
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO