Bəhreyndə azadlıq tələb edənlərə qarşı repressiyalar davam edir

Ali-Xəlifə rejimi bir daha Bəhreyn xalqının dinc aksiyasını repressiya edib.
 
Maide.az-ın əl-Vifaq internet portalına istinadla verdiyi məlumata görə, Bəhreyn vətəndaşları ötən gün irimiqyaslı dinc aksiyalar keçirərək, əl-Vifaq Milli-İslami Cəmiyyətin baş katibi Şeyx Əli Salmanın dərhal azad olunmasını vuğrulayıblar. Şeyx Əli Salman artıq 100 gündən çoxdur ki, qanuni tələblərini irəli sürdüyünə görə həbsdədir. 
 
Aksiyaçılar həmçinin Bəhreynin tanınmış ruhanilərindən Seyid Sadiq əl-Malikinin azad olunmasını tələb ediblər. 
 
Bu aksiyalar Ali-Xəlifə rejimi təhlükəsizlik qüvvələrinin repressiyaları ilə üzləşib. Repressiyaçılar Bəhreyn xalqına qarşı gözyaşardıcı qazdan istifadə və bir qrupu da həbs ediblər. 
 
Əl-Vifaq bildirib: Bəhreynli ruhanilərdən Seyid əl-Maliki dini və ictimai sahələrdə fəaliyyət edir və onun həbsi və mühakimə olunması Ali-Xəlifə rejiminin dini məsələlər və onun yerinə yetirilməsini cinayət hesab etdiyini göstərir. Halbuki BMT qanunlarına əsasən, dini ayinləri yerinə yetirmək bütün dünyada azaddır və insanların təbii haqqı hesab olunur. 
 
Əl-Vifaq Bəhreyn rejiminin bu strategiyasının təhlükəli nəticələri barədə xəbərdarlıq edib.

Google+ WhatsApp ok.ru