Bəhreyndə xalq etirazlarını pakistanlı muzdlular yatırır

Bəhreynlilərin vətəndaşlıq hüquqlarının ləğv edilməsi və xalqın etiraz aksiyalarının yatırdılması üçün xarici hərbçilərdən istifadə siyasəti əsasında ötən illər ərzində Ali-Xəlifə rejimi minlərlə pakistanlı muzdluya vətəndaşlıq verib.
Maide.az xarici KİV-lərə istinadən xəbər verir ki, Pakistanın Bəhreyndəki səfirliyi son zamanlar Bəhreynin Daxili İşlər Nazirliyində işləyən pakistanlıların sayını 20 min nəfər elan edib.  
Bəhreyndə Pakistan səfirliyinin attaşesi Maqsud Ladir Cah rəsmən bu xəbəri elan edərək, deyib ki, hazırda Bəhreyndə yaşayan pakistanlıların sayı 100 min nəfərə çatıb və onların hamısına rəsmən Bəhreyn vətəndaşlığı verilib.   
Bəhreyndə müxaliflərin xarici muzdlular hesabına repressiya edilməsi Ali-Xəlifə rejiminin ötən 4 ildə izlədiyi siyasətlərdən olub. 
10 minlərlə tunisli, sudanlı, pakistanlı, hindistanlı və banqladeşliyə vətəndaşlıq hüququnun verilməsi, Ali-Xəlifə rejiminin repressiyalarının yalnız bir hissəsidir. /

Google+ WhatsApp ok.ru