Siemens İran bazarına qayıtmağa hazırdır

Maide.az-ın İRNA-ya istinadla verdiyi məlumata görə, Almaniyanın Siemens şirkətinin prezidenti Joe Kaeser Almaniya televiziyasına verdiyi müsahibədə bu şirkətin İran bazarına qayıtmağa hazır olduğunu bildirib. 
 
Kaeser deyib: İranda əsasən səhiyyə, sağlamlıq və enerji sektorunda parlaq ticarət perspektivləri vardır. 
 
Siemens şirkətinin nümayəndələri Almaniya kanslerinin müavini və iqtisadiyyat naziri Ziqmar Qabrielin başçılıq etdiyi heyətin bu həftə İrana səfər edən alman şirkətlərin nümayəndələri arasında idilər.

Google+ WhatsApp ok.ru