Vyanada Suriya müzakirələri başlayır

Bu gün Vyanada keçiriləcək Suriya toplantısında hökumət əleyhdarı ölkələr ilə Əsədə dəstək verən ölkələr eyni masada görüşəcək

ABŞ və Rusiyanın təşəbbüsü ilə bu gün Vyanada keçiriləcək beynəlxalq Suriya danışıqlarında Bəşər Əsəd hökumətinə qarşı olan ölkələr ilə prezidentə hərbi və siyasi dəstək verən Rusiya və İranın ilk dəfə bir masa ətrafında görüşməsi gözlənilir.
 
Maide.az xəbər verir ki, toplantıya ABŞ, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanı ilə yanaşı, İran, Çin, İraq, Livan, Misir, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, İngiltərə, Fransa, Almaniya və İtaliya xarici işlər nazirləri dəvət edilib.
 
Danışıqlarda Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti Üzrə Ali Nümayəndəsi Federica Mogherini ilə Birləşmiş Millətlər Təşkilatı Suriya Xüsusi Nümayəndəsi Staffan de Misturanın da qatılacağı bildirilir.
 
Rusiyanın etdiyi dəvətə müsbət cavab verən İranı iclaslarda Xarici İşlər naziri Cavad Zərifin başçılıq etdiyi nümayəndə heyətinin təmsil etməsi gözlənilir.

Google+ WhatsApp ok.ru