Türkiyədə petisiya imzalayan 2 min alademikdən 3-ü həbs olundu

Türkiyədə 3 akademik “terror təbliğatı”nda ittiham olunaraq saxlanıb. Onlar ölkənin kürdlər yaşayan cənub-şərqində təhlükəsizlik əməliyyatlarına son verməyə çağırmışdılar.
 
Maide.az "Cumhuriyyet"ə istinadən bildirir ki, polis bir britaniyalını da məhkəməyə çağıraraq dindirib.
 
Hökumət martın 13-də Ankarada 37 nəfərin ölümünə səbəb olmuş partlayışa görə PKK-nı günahlandırır. Ancaq hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.
 
Xatırladaq ki, cari ilin yanvar ayının 2-də mindən artıq akademik ölkənin cənub-şərqində hərbi əməliyyatları, fövqəladə vəziyyət elan olunmasını pisləyən müraciət imzalayıb.
 
Bu petisiya Prezident Tayyip Ərdoğanı qəzəbləndirib və o deyib ki, akademiklər “xəyanət”in bədəlini ödəyəcəklər.

Google+ WhatsApp ok.ru