Yıldırım: 40 min nəfər həbs olunub

Yıldırım: 40 min nəfər həbs olunub

Uğursuz 15 iyul çevrilişinin ardınca bu ölkədə 40 mindən çox insan həbs olunub, 79 min 900 dövlət işçisi işdən uzaqlaşdırılıb.
 
Maide.Az xəbər verir ki, bunu Türkiyənin baş naziri  Binalı Yıldırım ötən gecə Türkiyə dövlət televiziyası ilə müsahibədə bildirib.
B.Yıldırım  deyib ki, uğursuz çevriliş gecəsi və səhərisi gün  Türkiyənin vətəndaşları, təhlükəsizlik və hərbi qüvvələrindən 240, qiyamçılardan isə 36 nəfər həlakolub  və 40 mindən çox insan həbs olunub ki, onlardan 20 min 355 nəfər həbsxanadadır.
 
O, deyib ki, terrorçu Gülən qrupu ünsürlərinin, bu qrupun tabeliyində olan şirkətlər və maliyyə mənbələrinin təmizlənməsi istiqamətində dörd mindən çox müəssisə, şirkət, hüquq orqanı, universitet, xəstəxana, məktəb, radio və televiziya kanalları, qəzet və jurnal bağlanıb."Bu müəssisələrdən 15 vəqf universiteti, 19 fəhlə sindikatı, onlarla radio və televiziya kanalı 35 xəstəxana, 1061 tədris müəssisəsi və 1125 cəmiyyət ləğv olunub".
 

Google+ WhatsApp ok.ru