Bəhreyn rejimi daha 7 siyasi fəalı vətəndaşlıq hüquqlarından məhrum etdi

Bəhreyn rejimi daha 7 siyasi fəalı vətəndaşlıq hüquqlarından məhrum etdi

Aprelin 23-də Bəhreynin Apellyasiya məhkəməsi daha 7 siyasi fəalın vətəndaşlıqdan məhrum edilməsi barədə qərar verdiyini açıqlayıb.
 
Həmin 7 nəfər Bəhreyn Daxili İşlər Nazirliyi tərəfindən heç bir qəti dəlil irəli sürülmədən terroru dəstəkləməkdə ittiham olunub.
 
Son illərdə dövləti tənqid edənlərə qarşı ağır cəzalar verən Ali Xəlifə rejimi, hər cür vasitə ilə hakimiyyətini qorumaq üçün mürtəce siyasətini davam etdirir.
 
İndiyə qədər xeyli sayda ictimai fəal, siyasətçi, müxalifət nümayəndəsi barəsində həbs cəzası verən Bəhreyn rəhbərliyi, ölkədə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Ayətullah İsa Qasımı da vətəndaşlıqdan məhrum edib. (deyerler) /

Google+ WhatsApp ok.ru