Bəhreyn `Haqq` hərəkatı: Şeyx İsa Qasim çox ağır və təhlükəli  durumdadır

Bəhreyn `Haqq` hərəkatı: Şeyx İsa Qasim çox ağır və təhlükəli durumdadır

Şeyx İsa Qasimin durumu çox ağır və təhlükəlidir, onu evində dustaq ediblər və evi hərbi bazaya çevrilib.
 
Maide.İnfo xəbər verir ki, bu bəyanatla Bəhreynin azadlıq və demokratiya uğrunda çalışan “Haqq” hərakatı çıxış edib. 
 
“Haqq” hərakatı bildirib ki, ötən həftə Ali-Xəlifə rejim qüvvələrinin Diraz bölgəsində Şeyx İsa Qasimin evinə hücumundan sonra onun başına nə gəldiyi ilə bağlı məlumat yoxdur. 
Bəhreynin Haqq hərakatının sözçüsü Əbdülğəni Xincər bildirib ki, Ayətullah Şeyx İsa Qasimin durumu narahatedici və təhlükəlidir. “Diraz bölgəsinə hücum və oradakı insanları qətlə yetirmək üçün ABŞ prezidenti Donald Trampın Riyaddakı iclasda Ali-Xəlifə rejiminə verdiyi yaşıl işıqla həyata keçirilib. Buna görədir ki, rejim Bəhreynin müxtəlif bölgələrində inqilabçılar və fəallara qarşı daha repressiv hərəkətlər edir”.
 
Ə.Xincər deyib ki, indiyədək 5 bəhreynli gənc həyatını itirib və rəsmi statistikaya görə, yaralananlardan 8 nəfərin durumu çox ağırdır. 300 nəfərdən çox bəhreynli isə həbs olunaraq müxtəlif növ işgəncələrə məruz qalıb. 
Onun sözlərinə görə, təhlükəsizlik qüvvələrinin cinayətlərinin rejim üçün heç bir siyasi uğur qazandırmayacaq və inqilabçıları dayandırmayacaq. Bu kimi addımlar xalqın qəzəbini daha da artırır və Bəhreyndə və Diraz bölgəsində etirazların davam etdirilməsi, səbr və müqavimətin önəmini anlayırlar. 
 
Qeyd edək ki, cari ayın 23-də Bəhreyn rejimi qüvvələrinin əd-Dərrazda Ayətullah İsa Qasimin mənzilinə və tərəfdar aksiyaçılara basqın etməsindən sonra alimin taleyi naməlum olaraq qalır.
Həyata keçirilən basqından sonra 300 nəfər tutulub, 200-dən çox insan yaralanıb. Ayətullah İsa Qasim də daxil olmaqla alimin mənzilində olan 50 nəfərdən hələ də xəbər yoxdur. /

Google+ WhatsApp ok.ru