Macar jurnalistin təpik atdığı suriyalı qaçqın İspaniyada futbol məşqçisi oldu

Ötən həftə Almaniyaya getmək üçün sərhəddə polisdən qaçarkən jurnalist xanımın təpik atdığı suriyalı miqrant İspaniyada sığınacaq tapıb.
Maide.az xəbər verir ki, həmin hadisə dünya mətbuatının gündəminə düşmüş və təpik atan jurnalist işdən qovularaq haqqında cinayət işi açılmışdı.
Görüntüləri İspaniyanın Madrid şəhərindəki Beynəlxalq Məşqçilər Yetiştirilməsi Birliyi (CENAFE) çadırda qalan Osama Abdul Mohsen adlı həmin qaçqınla görüşməyə gediblər. Görüşmə sonrasında Mohsenə iş verdiklərini bildiriblər.
CENAFE rəsmiləri Osama Abdul Mohsenin Suriyada müharibə başlamazdən öncə ölkənin futbol üzrə 1-ci liqasında klub çalışdırdığını öyrəndiklərini və buna görə də ona iş verdiklərini söyləyiblər. Məlumata görə, Mohsenə işdən əlavə yaşaması üçün ev də veriləcək. Mohsen gələn həftə Türkiyədə qaçqınlar üçün salınan çadırlarda yaşayan ailəsini də İspaniyaya aparacaq./

Google+ WhatsApp ok.ru