Bakıda ‘Taxta bazarı’nda yanğın - Fotolar 30 May 2020 11:21 Hadisə Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı”nda yanğın baş verib. Maide.Az bildirir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə Dərnəgül yolunun Əhməd Rəcəbli küçəsi ilə Ziya Bünyadov küçəsinin kəsişməsində qeydə alınıb. Bakı şəhərinin Nərimanov rayonunda, taxta bazarının ərazisində ümumi sahəsi 280 m² olan dəmir konstruksiyalardan ibarət talvarın altına yığılan taxta materiallar 75 m² sahədə və ümumi sahəsi 5 m² olan taxtadan ibarət gözətçi köşkü yanıb. Taxta materialların qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Teqlər : #Bakıda,#‘Taxta,#bazarı’nda,#yanğın,#Fotolar, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sumqayıtda iki yük maşını toqquşdu - Sürücülər öldü Metroda polis və sərnişinlər arasında mübahisə yaranıb