Bakıda baş verən güclü yanğından 10 nəfər xəsarət aldı

Bakıda baş verən güclü yanğından 10 nəfər xəsarət aldı

Bakının Nizami rayonu, Qara Qarayev prospektinin 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində baş verən yanğında 10 nəfər tüstüdən zəhərlənib. 
 
Modern.az xəbər verir ki, bunu jurnlaistlərə hadisə yerində olan 6 saylı Təcili Tibbi Yardım Stansiyasının həkimi deyib. 
 
Qeyd olunub ki, həmin şəxslər müayinə olunduqdan sonra buraxılıblar.
 
Xatırladaq ki, bu gün səhər saatlarında paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində "Diqlas" ticarət mərkəzində güclü yanğın baş verib.
 
Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadaları və helikopterlər cəlb eilib.
 
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti və Aviasiya dəstəsinin 3 ədəd helikopteri tərəfindən yanğının söndürülməsi üçün tədbirlər davam edir.
 

Google+ WhatsApp ok.ru