Baki-Böyük Kəsik dəmir yolunda qəza hadisəsi baş verib

Bu gün axşam saat 23.00 radələrində Baki-Böyük Kəsik dəmir yolu xəttinin Goranboy rayon ərazisindən keçən hissəsində qəza hadisəsi baş verib.
 
Kəpəz TV-dən (Region TV) verilən məlumata görə, dəmir yolu ilə hərəkət edən qatar relsdən çıxaraq aşıb. Hazırda həmin xətt üzrə hərəkət edən qatarların hərəkəti dayanadırılıb.
 
Azərbaycan Dəmir Yolları qapalı səhmdar cəmiyyətinin əməkdaşları hərəkətin bərpa olunması istiqamətində iş aparır. Qəzanın səbəbləri hələlik məlum deyil./
 

Google+ WhatsApp ok.ru