Bakıda uşaq bağçasında yanğın olub

Bakıda uşaq bağçasında yanğın hadisəsi qeydə alınıb. Maide.Aa FHN-ə istinadən xəbər verir ki, Bakının Suraxanı rayonunda ümumi sahəsi 600 kv.m olan ikimərtəbəli uşaq bağçasının giriş və bir otağının qapısı yanıb.
Bağçanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:01-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
 

Google+ WhatsApp ok.ru