Bakı İslam Universitetinə qəbul qaydaları dəyişdirilib

Bakı İslam Universitetinə qəbul qaydalarında yenilik edilib. Universitetdən verilən xəbərə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) əmrinə əsasən 2015/2016-cı tədris ili üçün Bakı İslam Universitetində təhsil almaq istəyən abituriyentlərin seçilməsi məqsədilə Dini-Psixoloji Komissiya yaradılıb.
 
İyulun 25-də III ixtisas qrupu üzrə imtahan verəcək abituriyentlər iyulun 13, 14, 15, 16, 17-də saat 9:00-dan 13:00-dək universitetdə fəaliyyət göstərən Dini-Psixoloji Komissiyaya müraciət etməlidirlər.
 
Bununla yanaşı, mayın 17-də III ixtisas qrupu üzrə imtahan verən və 100-dən artıq bal toplayan, lakin Dini-Psixoloji Komissiyadan keçməyənlər də yuxarıda qeyd olunan tarixlərdə təşkil olunacaq komissiyaya müraciət edə bilərlər.

Google+ WhatsApp ok.ru