Barak Obama ABŞ-ın Gürcüstandakı səfiri postuna Rusiya üzrə mütəxəssisin namizədliyini irəli sürüb

Yan Kelli hazırda Çikaqodakı İllinoys  ştatının universitetində çalışır. O, 2007-2009-cu illərdə Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri bürosunda Rusiya bölməsinə rəhbərlik edib.  Diplomatik xidmətə keçməzdən əvvəl o 1985-ci ildə Kolumbiya Universitetində rus dilini öyrənib, bir müddət sonra isə Rusiyada və keçmiş SSRİ-nin bir neçə respublikasında, həmçinin Yuqoslaviyada çalışıb.  
 
Prosedura əsasən, yeni səfiri Senat təsdiqləyir. Kellinin namizədliyi təsdiqlənəcəyi təqdirdə o bu vəzifədə Riçard Norlandı əvəzləyəcək.  

Google+ WhatsApp ok.ru