Beyt Ləhmdə bir neçə fələstinli yaralanıb

Sionist həbrçilər Beyt Ləhmdə fələstinlilərə hücum edərək, onlardan bir neçəsini yaralayıb.
Maide.az xəbər verir ki, Fələstin informasiya mərkəzinin məlumatına görə, sionist rejim hərbçiləri İordan çayının qərb sahilinin cənubunda yerləşən Beyt Ləhmdəki Təqu qəsəbəsində fələstinlilərə hücum edib.
Məlumata görə, sionist hərbçilərlə fələstinli gənclər arasında qeyd olunan qəsəbənin girəcəyində baş vermiş toqquşmada sionistlər fələstinlilərə qarşı gözyaşardıcı qaz, səs qumbaraları və güllələrdən istifadə ediblər.  Nəticədə bir qrup fələstinli yaralanıb və digər bir qrup da gözyaşardıcı qazla tənəffüs nəticəsində boğulma halına düşüb.
Həmçinin sionist rejimin xüsusi polis qüvvələri Beytulmuqəddəsin qədim hissəsində fələstinli etirazçılarla toqquşub.
Sionist hərbçilər Məsciduləqsanın daxilində də fələstinli namazqılanlara tərəf səs güllələri atıblar.
Yüzlərlə fələstinli namazqılan sionist qəsəbə sakinlərinin basqınları ilə mübarizə məqsədilə Məsciduləqsada etikaf keçirir.
Sionist qəsəbə sakinləri bazar ertəsi günündən başlanacaq yəhudi bayramı münasibəti ilə Məsciduləqsaya qarşı basqınlarını bərpa edib./
 

Google+ WhatsApp ok.ru