Sionist rejim 15 ildə 90 min fələstinlini həbs edib 28 Sentyabr 2015 01:00 Fələstin Təcavüzçü İsrail rejimi son 15 ildə 90 min fələstinlini həbs edib. Maide.az xəbər verir ki, bu barədə Fələstin Azadlıq Təşkilatına bağlı Əsirlər və Sərbəst Buraxılanlar Qurumu Araşdırma və Sənədləşdirmə şöbəsinin rəisi Əbdünnasir Fərvanə məılumat verib. Onun sözlərinə görə, 28 sentyabr 2000-ci ildən bu günə qədər həbs edilənlərin hamısı müxtəlif fiziki şiddətə və psixoloji təzyiqlərə məruz qalıblar. Ə.Fərvanə deyib ki, 29 min nəfər haqqında da inzibati həbs qərarı çıxarılıb: “Həbs edilənlərin 12 min nəfəri uşaq olub. Onlardan hələ də 200-ü İsrail həbsxanalarındadır. 65-dən çox millət vəkili və keçmiş nazirlər də hazırda həbsxanadadır”. O sözlərinə əlavə edib ki, 1500-dən çox fələstinli məhbus hazırda xəstə vəziyyətdədir. Bundan başqa, 83 nəfər işgəncə səbəbindən dünyasını dəyişib. / Teqlər : #Sionist rejim 15 ildə 90 min fələstinlini həbs edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Beyt Ləhmdə bir neçə fələstinli yaralanıb İşğalçı İsrail qadağa qoydu: 50 yaşdan aşağı olan fələstinlilər Məscidi Əqsaya buraxılmayacaq
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar