Binanın zirzəmisindəki dayanacaqda yanğın, 3 nəfər həlak oldu

İranın paytaxtı Tehranın şimalında Məcidiyyə küçəsində 6 mərtəbəli binanın zirzəmisində avtomobil dayanacağında iki avtomobil və bir motsiklet yanıb, 3 nəfər həlak olub. 
Maide.az-ın İran KİV-lərinə istinadən məlumatına görə, hadisə ötən axşam saat 22:24 radələrində baş verib. Hadisə yerinə 4 yanğın söndürmə briqadası gəlib. Yanğın 4 saatdan sonra söndürülüb. Yanğının dayanacaqda olan digər avtomobillərə keçməsinin qarşısı alınıb.  Yanğın nəticəsində binanın üst mərtəbələrində giriftar olmuş 50 nəfərdən çox insan təxliyə edilib. /
 

Google+ WhatsApp ok.ru