BMT-də ABŞ-Rusiya toqquşması 24 Fevral 2015 02:00 Dünya Fevralın 23-də Birləşmiş Ştatlarla Rusiya BMT-nin Təhlükəsizlik Şurasında Ukrayna münaqişəsinə görə bir-birini ittiham edib. Rusiya xarici işlər naziri Sergei Lavrov deyib ki, Təhlükəsizlik Şurası Qərb dövlətlərinin qərarlarını "möhürləmək" üçün bir alətə çevrilib. O, Birləşmiş Ştatları "pis metodlarda" ittiham edib, "bir il öncə Ukraynada qeyri-konstitusion dövlət çevrilişini" də həmin sıraya aid edib. ABŞ-ın BMT-dəki səfiri Samantha Powers Moskvanı BMT Xartiyasını pozaraq Ukrayna ərazisini tutmuş separatçılara təlim keçməkdə, onları silahlandırmaqda günahlandırıb. Ukraynanın xarici işlər naziri Pavlo Klimkin deyib ki, Rusiya onun ölkəsində "hibrid müharibə" başladıb və Kiyev ölkənin şərqində sülhün saxlanması üçün BMT sülhməramlı missiyası istəyə bilər. Litvanın xarici işlər naziri Linas Linkevicius Moskvanı zorakılıq və güc vasitəsilə Avropanın sərhədlərini yenidən çəkməyə çalışmaqda ittiham edib. Teqlər : #BMTdə ABŞRusiya toqquşması, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İraqda İŞİD-ə silah daşıyan iki İngiltərə təyyarəsi endirildi Liberman: `İsrail HƏMAS qarşısında məğlubiyyətə uğradı`
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO