Fidel Kasto ilə vidalaşmağa 1 milyon adam gəlib

Fidel Kasto ilə vidalaşmağa 1 milyon adam gəlib

Paytaxt Havanada Kuba inqilabının lideri Fidel Kastronun xatirəsinə həsr olunmuş matəm mərasiminə təxminən 1 milyon nəfər gəlib. Bu haqda məlumatı tədbir təşkilatçıları veriblər.
 
Qeyd edilir ki, tədbirdə 18 nəfər çıxış edib. Onlardan sonuncusu Kuba lideri Raul Kastro olub. O söz verib ki, Kuba xalqı qələbə qanazananadək öz mübarizəsini davam etdirəcək.
 
Xatırladaq ki, daha əvvəl Venesuela Prezidenti Nikolas Maduro bildirmişdi ki, Kuba inqilabının lideri "məğlub edilməmiş getdi".
 
Qeyd edək ki, Fidel Kastro noyabr ayının 25-i ömrünün 91-ci ilində vəfat edib.(islamazeri)
 

Google+ WhatsApp ok.ru