BMT: Dekabr ayında İraqda 1000 nəfər öldürülüb

BMT elan edib ki, yalnız dekabr ayında İraqda baş verən zorakılıqlar nəticəsində 1000 nəfər öldürülüb.

Maide.az xəbər verir ki, BMT-nin İraqdakı Yardım Missiyasının (UNAMI) cümə günü bəyanat yayaraq bildirib ki, İraqda baş verən zorakılıqlar nəticəsində dekabr ayında 980 iraqlı həyatını itirib. Bu rəqəm noyabr ayında 888 nəfər təşkil etmişdi.

Bəyanatda bildirilir ki, dekabr ayında öldürülənlərdən 206 nəfəri dinc sakin qalanı isə hərbiçilər və təhlükəsizlik qüvvəəri olub. İraqda baş verən zorakılıqlar nəticəsində dekabr ayı ərzində 1244 nəfər dinc sakin yaralanıb.

Bağdad 261 nəfər və Neynava əyaləti isə 68 nəfər öldürülmüş şəxslə ən çox insan təlafatı olan bölgələrdir.

Iraq mənbələrinin məlumatına görə, 2015-ci ildə bu ölkədə baş verən zorakılıqlar zamanı 21 min nəfərdən çox insan həyatını itirib. Onlardan 15 min nəfəri dinc sakinlərdir. 2015-ci ildə İraqdakı zorakılıqlar zamanı 14 min nəfərdən çox insan isə yaralanıb./

Google+ WhatsApp ok.ru