Fransada məscidə maşınla hücum edildi - FOTO -VİDEO

Məscidi mühafizə edən əsgərlər atəş açaraq şübhəli şəxsi dayandırıblar.
Fransanın cənubundakı Valans şəhərindəki “Furqan” məscidi hücuma məruz qalıb.
Naməlum şəxs idarə etdiyi avtomobili məscidi mühafizə edən əsgərlərin üstünə sürüb. Hücum edən şəxs əsgərlər tərəfindən atəş açılaraq dayandırılıb. Yaralanan şəxs xəstəxanaya çatdırılıb. 
Hadisə zamanı məsciddə olan 72 yaşlı mömin və bir əsgər yüngül xəsarət alıb. 
Valansın yaxınlığında olan Lion şəhərinin Bron qəsəbəsindən olan 29 yaşlı sürücünün avtomobilini əsgərlərin üstünə sürməsinin səbəbləri hələlik bilinmir. anspress /
 
 
 
 

Google+ WhatsApp ok.ru