BMT: Myanmar ordusu son hücumlar zamanı 1000-dən çox  Rohingiyalı müsəlmanı öldürüb

BMT: Myanmar ordusu son hücumlar zamanı 1000-dən çox Rohingiyalı müsəlmanı öldürüb

BMT elan edib ki, indiyədək Raxin əyalətində Myanmar ordusu 1000-dən çox rohingiyalı müsəlmanı öldürüb və müsəlmanların qətli ilə bağlı rəqəmlər KİV-lərdə yayımlanan rəqəmlərdən daha çox olduğu ehtimal olunur. 
 
Maide.Az xəbər verir ki, BMT-nin iki rəsmisi “reuters” agentliyinə açıqlamasında beynəlxalq ictimaiyyətin hələdə Myanmarın Raxin əyalətindəki böhranlı və pis vəziyyəti tam şəkildə dərk etməməsindən narahatlıqlarını dilə gətirib. 
 
Adlarının açıqlanmasını istəməyən BMT rəsmiləri deyiblər ki, son 4 ayda qaçqın təşkilatlarından əldə olunan rəqəmlər onu göstərir ki, Myanmarda 1000-dən çox müsəlman qətlə yetirilib. “İndiyədək yüzlərlə müsəlmanın öldürülməsindən söhbət gedirdi, bu rəqəm çox aşağıdır, öldürülən müsəlmanların sayının minlərlə olma ehtimalı var”. 

Google+ WhatsApp ok.ru