Ötən il 5 min 411 nəfər ABŞ vətəndaşlığından imtina edib

Ötən il 5 min 411 nəfər ABŞ vətəndaşlığından imtina edib

Böyük Britaniyanın xarici işlər naziri Boris Conson ABŞ vətəndaşlığından çıxıb
 
Böyük Britaniyanın xarici işlər naziri Boris Conson ABŞ vətəndaşlığından imtina edib.
 
“Report” “The Wall Street Journal”a istinadən xəbər verir ki, B.Conson ABŞ-da doğulduğundan o, həm də bu ölkənin vətəndaşlıq pasportuna malik olub.
 
B.Conson bildirib ki, Nyu-Yorkda doğulub, 5 yaşı olanda ABŞ-dan köçüblər. Amma buna baxmayaraq bu ölkənin vətəndaşlığını saxlayırmış. Onun sözlərinə görə, 2014-cü ildə ABŞ hökuməti ondan Londonda satdığı evinin vergisini ödəməyi tələb edib. B.Conson deyib ki, həmin tələbdən sonra ABŞ vətəndaşlığından imtina edib.
Məlumatda vurğulanıb ki, XİN başçısının ABŞ-da 50 min dollar məbləğində gəlir vergisi borcu var. 
 
Jurnal 2016-cı ildə ABŞ vətəndaşlığından imtina edənlərin siyahısını da dərc edib. Ölkənin Maliyyə Nazirliyi hər rüb belə siyahı açıqlayır.
 
Ötən il 5411 nəfər ABŞ vətəndaşlığından imtina edib. İnformasiyada bildirlib ki, 2016-cı ildə ABŞ pasportundan imtina edən ikili vətəndaşı olanların sayı 1990-cı illə müqayisədə 26 faiz artaraq, rekord həddə çatıb. /

Google+ WhatsApp ok.ru