BMT-nin baş katibi Qəzzanın mühasirəsinə son qoyulmasını istədi

BMT-nin baş katibi Qəzzanın mühasirəsinə son qoyulmasını istədi

BMT-nin baş katibi Antonio Guterres bu gün Qəzzaya səfər edib. 
 
Maide.Az xəbər verir ki, Qəzzada elektrik enerjisinin  yoxluğu və bu bölgədə insani faciənin yaşandığı bir vaxtda  BMT-nin baş katibi olaraq ilk dəfə Fələtinə səfər edən A.Guterres işğalçı İsrail rejimindən  Qəzza zolağının mühasirəsinə son
qoymasını istəyib. 
 
Fələstin İslami  Hərəkatı (HƏMAS)  səfəri alqışlayıb və A.Guterresin  Qəzzaya səfərini önəmli səfər adlandırıb. 
 
HƏMAS sözçüsü Fevzi Bərhum bu gün yayımladığı bəyanatda A.Guterresin Qəzzaya səfərini alqışladıqlarını elan edib və  ondan isətyib ki, Qəzanın mühasirəsinə son qoymaq üçün bütün səylərini göstərsin.  
 
F.Bərhum həmçinin BMT baş katibindən istəyib ki,  insani faciə ilə üz-üzə olan Qəzzaya yardım proqramını gündəlikdə qərar versin. 
 
A.Guterres  bazar günü  Kuveytdən Fələstinin işğal olunmuş ərazisinə səfər edib.
 
 

Google+ WhatsApp ok.ru