BMT: Suriyalı qaçqınların sayı 4 milyon nəfərə çatıb

Qonşu ölkələrdə sığınacaq tapmış suriyalı qaçqınların sayı 4 milyon nəfərə çatıb.
 
Bu barədə BMT-nin qaçqınların işlər üzrə ali komissarının İdarəsinin məruzəsində deyilir.
 
Qeyd olunur ki, təkcə son 10 ayda Suriyanı 1 milyon adam tərk edib.
 
“Suriya əhalisi dünya ictimaiyyətinin dəstəyinə ehtiyac duyur. Hazırda insanlar dəhşətli şəraitdə yaşayırlar”, - deyə ali komissar Antoniu Quterreş bildirib.
 
Qeyd edək ki, hazırda Türkiyədə 1,7 milyon suriyalı qaçqın məskunlaşıb. Daha 2 milyon nəfər isə Misir, İraq, İordaniya və Livanda sığınacaq tapıb. 

Google+ WhatsApp ok.ru