Putin söz verdi – yoqa ilə məşğul olacaq

İdmana bağlılığı ilə məşhur olan Rusiya Prezidenti Vladimir Putin indi də yoqaya maraq salıb.
Maide.az xəbər verir ki, Rusiyanın Ufa şəhərində BRİCS və ŞİO zirvə görüşündə Hindistanın baş naziri Narendra Modi ilə görüşən Putin yoqa haqqında da söhbət açıb.
O edə bilmədiyi idmanlardan birinin də yoqa olduğunu söyləyib:
“Bu sahədə özümü sınayacağam. Görək nə qədər uğurlu ola biləcəyəm?”.
Məlumat üçün bildirək ki, Putin 11 yaşında bəri sambo və cüdo ilə məşğul olur./

Google+ WhatsApp ok.ru