BMT baş katibinin birinci müavini çox uşağlı müsəlman xanım oldu

BMT baş katibinin birinci müavini çox uşağlı müsəlman xanım oldu

Müsəlman xanım Əminə Məhəmməd and içərək, BMT baş katibinin birinci müavini vəzifəsinə başlayıb.
 
Deyerler.org İslam.ru-ya istinadən xəbər verir ki, Nyu-Yorkda jurnalistlər qarşısında and içən Əminə Məhəmməd belə deyib: "Mən davamlı inkişaf məqsədlərinin həyata keçirilməsi üçün öz səylərimi bir yerə toplayacağam. Davamlı inkişaf və sülhə nail olmaq üçün Yer üzündə ən səmərəli üsullardan istifadə edəcəyəm".
 
BMT baş katibinin müsəlman olan birinci müavini qarşısında olan əsas məqsədlərinin yoxsulluqla mübarizə və gender bərabərliyi, gənclər üçün imkanların yaradılması kimi məsələlərin həll edilməsi olduğunu deyib.
 
Əminə Məhəmməd 1961-ci ildə doğulub, Nigeriyada və Birləşmiş Krallıqda təhsil alıb. Ailəlidir, altı uşağı var.
 
O, əvvəllər Nigeriya prezidentinin müşaviri olub, həmçinin Nyu Yorkda Kolumbiya universitetində dərs deyib.
 

Google+ WhatsApp ok.ru