BMT baş katibinin müavini: ‘İki dövlətli həll imkanı yox olur’

BMT baş katibinin müavini: ‘İki dövlətli həll imkanı yox olur’

Birləşmiş Millətlər Təşkilatı (BMT) baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari Dikarlo iki dövlətli həll prinsipini ortadan qaldıracaq təhlükələrə diqqət çəkib.
 
Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, Dikarlo BMT Təhlükəsizlik Şurasının dünən Yaxın Şərqlə bağlı iclasındakı çıxışında siyasi həllin yoxluğunun səylərə zərbə vurduğunu və sülhün reallaşması ehtimalını uzaqlaşdırdığını deyib.
 
O, iki dövlətli həll prinsipinin ilhaq və ərazi qəsbkarlığı siyasətləri səbəbiylə yox olduğuna işarə edib.
 
Fələstin və İsrail tərəflərinin danışıqlar masasına qayıtmalı olduğunu deyən Dikarlo əks təqdirdə mövcud vəziyyətin davam edəcəyini bildirib.
 
Dikarlo Qəzza zolağında münaqişənin əsasının siyasi olduğunu, blokadanın aradan qaldırılması və razılaşma istiqamətində irəliləyiş təmin olunmalı olduğunu qeyd edib.
 
İsrail rejiminin Qəzza zolağına 13 ildir tətbiq etdiyi blokada Qəzza əhalisinin çətinliklər çəkməsinə səbəb olur.
 

Google+ WhatsApp ok.ru