İsrail rejimi 15 ildə 3 minə yaxın fələstinlini evsiz qoyub

İsrail rejimi 15 ildə 3 minə yaxın fələstinlini evsiz qoyub

İsrail rejimi işğal altında olan Şərqi Qüdsdə son 15 il ərzində 3 minə yaxın fələstinlini evsiz qoyub.
 
Maide.Az "Felestin.info"a istinadla xəbər verir ki, İsrail insan haqları təşkilatı "B'Tselem"in məlumatlarına görə, İsrailə tabe Qüds Bələdiyyəsi 2004-cü ildən bu yana Şərqi Qüdsdə fələstinlilərə məxsus 830 evi söküb. Buna əlavə olaraq, 120 ev də İsrailin təzyiqindən dolayı öz fələstinli sahibləri tərəfindən sökülüb.
 
Sözügedən söküntülər nəticəsində bu evlərdə yaşayan 1574-ü uşaq olmaqla, 2 min 927 fələstinlinin evsiz qaldığı bildirilib.
 
İşğal altındakı Şərqi Qüdsdə fələstinlilərə tikinti icazəsi mövzusunda problem yaradan İsrail fələstinlilərə aid minlərlə evi icazəsiz olduğu iddiasıyla sökməklə təhdid edir.
 
İsrailə tabe bələdiyyənin sözügedən addımlarının heç bir hüquqi əsasının olmadığını bildirən fələstinlilər bunun İsrailin şəhəri yəhudiləşdirmə siyasətinin bir parçası olduğunu vurğulayır.
 
İsrail bələdiyyəsi çox vaxt söküntü xərclərini də evi sökülən şəxslərdən təmin edir.
 
İcazəsiz olduğu səbəbindən sökülmə təhdidiylə qarşı-qarşıya olan bəzi evlərin sahibləri isə İsrail bələdiyyəsinə söküntü xərci ödəməmək üçün evlərini özləri sökmək məcburiyyətində qalır.
 
Fələstinli mənbələr 1967-ci ildən bu yana Şərqi Qüdsdə fələstinlilərə aid 5 mindən çox evin İsrail qüvvələri tərəfindən söküldüyünü qeyd edir.
 

Google+ WhatsApp ok.ru