BMT danışıqların ATƏT-in himayəsi altında bərpa olunmasını təkid edir

BMT danışıqların ATƏT-in himayəsi altında bərpa olunmasını təkid edir

BMT Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ilə “müxtəlif səviyyələrdə” təmasları dəstəkləyir və sülh danışıqlarının bərpasının vacibliyində təkid edir.
 
Trend-in məlumatına görə, bunu BMT-nin mətbuat katibi Stefan Düjarrik brifinq zamanı deyib
 
O bildirib ki, BMT həmçinin ATƏT-dəki həmkarları ilə daimi təmasdadır:
 
“Biz hesab edirik ki, tərəflər ATƏT Minsk qrupu həmsədrlərinin rəhbərliyi altında Minsk prosesinə qayıtmalıdır”.
 

Google+ WhatsApp ok.ru