BMT hesabatı Qəzzadakı uşaqların dramını ortaya çıxardı

BMT Baş katibinin qarşıdurmalarda uşaqların qorunmasından məsul xüsusi nümayəndəsi Leyla Zerrougui İsrail rejiminin Qəzzaya hücumlarında uşaqların böyük zərər çəkdiyini yazaraq, "Qəzzadakı bu hadisələr dərindən araşdırılmalı və iki tərəfdən də məsullar aşkarlanaraq, məhkəmə qarşısına çıxarılmalı", - deyib. 
 
Zerrougui BMT Təhlükəsizlik Şurasında təşkil edilən "Silahlı qarşıdurmalar və uşaqlar" mövzulu yığıncaqda hazırladığı hesabatı Şuraya təqdim edərək, başda İraq, Suriya və Qəzza olmaqla dünyanın bir çox nöqtəsindəki silahlı qarşıdurmalarda ən böyük zərəri uşaqların gördüyünü söyləyib.
 
İŞİD terror təşkilatının Suriya və İraqda vəhşi qırğınlar törətdiyini və insan həyatını heçə saydığını vurğulayan Zerrougui, "İraqda yeni ildən bu yana 700 uşaq öldürüldü, ya da şikəst edildi", - deyib. O, İŞİD-in 13 yaşlı uşaqlara belə silah verdiyini, bəzilərini intihar komandosu kimi istifadə edildiyini vurğulayıb.
 
Zerrougui uşaqlara qarşı güc tətbiqi ilə məşhur olan Boko Haram terror təşkilatının da xüsusilə məktəb yaşlı uşaqları hədəf aldığını vurğulayaraq, "Boko Haram keçən il 100 şagird ilə 70 müəllimi öldürdü" deyə danışıb.

Google+ WhatsApp ok.ru