BMT nüvə müzakirələrində yekun anlaşmaya ümidvardır

Maide.az-ın məlumatına görə, BMT baş katibinin sözçüsü Stefan Dojarrik dünən keçirdiyi mətbuat konfransında İran və 5+1 Qrupunun Nyu-Yorkda nüvə danışıqları ilə bağlı görüşlərinin yaxınlaşdığına toxunaraq Pan Ki Muna istinad edərək bildirib ki, BMT-nin bu müzakirələrdə yekun anlaşma əldə olunana qədər rolu yoxdur. Baxmayaraq ki, müzakirə edən ölkələr davamlı şəkildə BMT və baş katibini müzakirələrin irəliləyişi prosesi ilə məlumatlandırırlar. 
 
BMT baş katibinin sözçüsü sözlərinin davamında müzakirələrin kənarında BMT-nin Nyu-Yorkdakı əsas qərargahında İran və 5+1 Qrupu arasında iclasın keçirilməsinin mümkünlüyünü təkzib etməyib.

Google+ WhatsApp ok.ru