Prezident ona meyvə atana ev verdi

Venesuela prezidenti Nikolas Maduro ona manqo atan qadına ev verib. Bu barədə The Guardian yazır.
 
Qadın atdığı manqonun üstündə prezidentə məktub yazıbmış və yaşadığı pis vəziyyətdən şikayət edibmiş.
 
Vəziyyətlə əlaqədar prezidentin açıqlamasında, “Marleni Olivonun evlə bağlı problemi olub. Biz onu çağırdıq. Qadın əvvəlcə çox qorxub və eşitdiklərinə inanmayıb. Marleni Venesuelanın böyük yaşayış missiyası çərçivəsində ev verilməsinə razılıq vermişəm”- deyə bildirib.
 
Bundan əlavə prezident ona atılan meyvəni yeyəcəyinə də söz verib.

Google+ WhatsApp ok.ru