Gannuşi: Tunisdə demokratiyadan danışmaq tezdir

Tunis Nahda Hərəkatı Lideri Raşid Əl-Gannuşi, Tunis Milli Dialoq Dördlüyünə verilən Nobel Sülh Mükafatının ölkəsində "artıq hər şeyin həll olunduğu" anlamına gəlmədiyini qeyd edərək, "Nobel Sülh Mükafatı həqiqətən, bizim uğurlarımızın bir isbatıdır, ancaq Tunis hələ təhlükəsiz bir ölkə halına gəlməyib. Nail olduğumuz böyük uğura baxmayaraq, qarşımızda çox çətinliklər var", - deyib.
 
Maide.az xəbər verir ki, Gannuşi, ABŞ-ın paytaxtı Vaşinqtondakı görüşləri çərçivəsində ABŞ Sülh İnstitutunda konfrans keçirib.
 
Tunisdə 2011-ci ildəki inqilabdan sonra demokratiya sahəsində atılan addımları və əldə edilən uğurlardan danışan Gannuşi, ölkəsinin və regionunun üz-üzə olduğu çətinliklər nəzərə alındıqda, bu mərhələdə tam demokratik bir uğurun əldə edildiyindən söhbət açmağın mənasız olduğunu qeyd edib.
 
Gannuşi İŞİD terror təşkilatı sıralarında döyüşmək üçün İraq və Suriyaya çoxsaylı Tunis gəncinin getməsindən Zeynalabidin Bin Əlinin diktatorluq rəhbərliyinin məsul olduğunu deyib. Gannuşi həmçinin, İslamı yaxşı bilməməsinin, demokratiyanın nə demək olduğunun kifayət qədər dərk olunmamasının, yetərsiz təhsilin və ölkəsindəki iqtisadi şərtlərin da İŞİD-ə gedənlərə təsir etdiyini bildirdi.

Google+ WhatsApp ok.ru