Ermənistanda əsgər anaları növbəti etiraz aksiyası keçiriblər 09 Aprel 2015 01:00 Dünya Ermənistanın qeyri-döyüş şəraitində həlak olmuş hərbi qulluqçularının valideynləri İrəvanda növbəti etiraz aksiyası keçiriblər. APA-nın "eprees.am" saytına istinadən verdiyi məlumata görə, əsgər anaları əvvəlcə Prezident Administrasiyasının qarşısına toplaşıb, sonra isə Milli Məclisin qarşısında gəliblər. Onlar hərbi qulluqçuların ölümü ilə bağlı cinayət işlərinin açılmamasından narahatlıqlarını ifadə ediblər. Bildiriblər ki, baş prokuror Qevorq Kostanyananın Milli Məclisdəki illik məruzəsini gözləyirlər. “Əsgər anaları bilmək istəyirlər ki, baş prokuror cinayət işlərinin açılmamasını necə izah edəcək, deputatlar orduda baş verən cinayətlərlə bağlı məsələ qaldıracaqlarmı?” - deyə "eprees.am" yazır. Valideynləri dinləyən deputat Samvel Farmanyan qeyd edib ki, oğullarını itirmiş valideynlərə təsəlli verə bilməz: “Bu ağrını mən də yaşamışam. Mənim əmim oğlu da orduda həlak olub. Sadəcə, söz verə bilərəm ki, baş prokurorun məruzəsi zamanı bu problemi qaldıracam". Teqlər : #Ermənistanda əsgər anaları növbəti etiraz aksiyası keçiriblər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru BMT Yərmukda humanitar koridorun yaradılmasını istədi Ayətullah Xamenei: Səudiyyəlilər Yəmənə təcavüz etməklə səhvə yol verib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO