BMT yenə ənənəsinə sadiq qaldı: quru bəyanatla kifayətləndi

BMT yenə ənənəsinə sadiq qaldı: quru bəyanatla kifayətləndi

İki gündür sioanist İsrail rejiminin Qəzza zolağına etdiyi hücumlar nəticəsində həyatlarını itirən dinc sakinlər, uşaqlar və qadınların sayı onlarladır. Bir neçə inzibati bina, o cümlədən xəstəxana və məktəb atəş nəticəsində yarasız hala düşüb. 
 
İsrail tərəfi bunu “Həmas”ın “hücumuna” qarşı atılmış addım kimi qiymətləndirib. Amma əslində bir neçə gün əvvəl siaonist xüsusi təyinatlıları qadın paltarı geyərək “Həmas” liderlərindən olan Bərəkət Nuru şəhid etmişdi. “Həmas” isə cavabında raket zərbəsi ilə Qəzzaya hücum etmək istəyən əsgərlərlə dolu olan hərbi avtobusu partlatmışdı.
 
BMT isə yenə öz ənənəsinə sadiq qalaraq “tərəfləri sülhə səsləyib.”
 
Maraqlıdır ki, insanlıq dramı yaşanan Qəzza üçün yalnız bəyanat verilir, heç bir addım atılmır. Özünü dünyanın “ən nüfuzlu təşkilatı” hesab edən BMT İsrailə “qaşın üstündə gözün var” demir. 

Google+ WhatsApp ok.ru